...

2025-ci ildə Azərbaycanda bankomatlar vasitəsilə aparılan əməliyyatların göstəriciləri açıqlandı

İqtisadiyyat Materials 28 Yanvar 2026 14:47 (UTC +04:00)
2025-ci ildə Azərbaycanda bankomatlar vasitəsilə aparılan əməliyyatların göstəriciləri açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda bankomatlar vasitəsilə nağd pul çıxarışlarının ən yüksək sayı 16,8 milyon əməliyyat olub və bu əməliyyatların ümumi dəyəri 4,6 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına (AMB) istinadən məlumat yayıb.

2024-cü illə müqayisədə bankomatlar vasitəsilə nağd pul çıxarışları 137 min əməliyyat və ya 0,8 faiz, dəyər ifadəsində isə 466 milyon manat və ya 10,7 faiz artıb.

2024-cü ildə Azərbaycanda bankomatlar vasitəsilə nağd pul çıxarışlarının ən yüksək sayı 16,8 milyon əməliyyatla 4,6 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım 8% və ya 2,026 nəfər olub.

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil edib.

Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti