Bakı. Trend:
2025-ci ildə Maliyyə Nazirliyi 466 məhkəmə işinə cavabdeh qismində cəlb olunub.
Trend nazirliyə istinadən xəbər verir ki, nazirliyin cəlb olunduğu məhkəmə işlərindən 259-u başa çatıb. Bununla da 63 milyon manata qənaət edilib.
Bundan başqa, ötən il Maliyyə Nazirliyi 27 cinayət işinə zərərcəkmiş şəxs qismində cəlb olunub. Nazirliyin bu işlərə cəlb olunması nəticəsində 3,4 milyon manatın bərpa olunması nəzərdə tutulub.
Məlumata əsasən, sözügedən məhkəmə işlərindən 10-u başa çatıb və hesabat dövründə 1,2 milyon manat bərpa edilib.
