...

Ötən il SOCAR tərəfindən xarici bazarlara 16,1 milyon ton neft ixrac edilib

İqtisadiyyat Materials 12 Fevral 2026 14:54 (UTC +04:00)
Ötən il SOCAR tərəfindən xarici bazarlara 16,1 milyon ton neft ixrac edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ildə SOCAR tərəfindən 66 min metr qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 7,1 milyon ton neft, 7,8 milyard kubmetr qaz hasil olunub.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın 2025-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatda bildirilir.

Qeyd edilir ki, şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü illə müqayisədə 2,1% artaraq, 51,5 milyard kubmetr4 təşkil edib. Ümumilikdə, ötən il Azərbaycanda 27,7 milyon ton5 neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16,1 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 25,2 milyard kubmetr7, istehlakı isə 13,2 milyard kubmetr təşkil edib. Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının artması nəticəsində ölkə daxilində təbii qaz sərfiyyatı 3,1% azalıb.

Ötən il SOCAR tərəfindən 6,2 milyon tondan9 çox neft, 3 milyard kubmetrdən çox qaz emal edilib. Hesabat dövründə neft emalı 2024-cü illə müqayisədə 7,2% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon ton11 neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.

65.945 metr

7.098.715 ton

7.823.381.000 kubmetr

51.470.886.000 kubmetr

27.671.063 ton

16.065.728 ton

25.193.865.029 kubmetr

13.240.554.327 kubmetr

6.225.953 ton

3.036.010.184 kubmetr

2.168.942 ton

Məqalədə:
Xəbər lenti

Xəbər lenti