Azərbaycan, Bakı / Trend / "UniLeasing" QSC lizinq şirkəti yeni SMS-leasing layihəsinin reallaşmasına başlayıb, bu barədə şirkətin məlumatında bildirilir.
Yeni xidmətin vasitəsilə şirkətin müştərisi lizinq sazişi üzrə ödənişlərin müddəti, balansda qalan məbləğ, "UniLeasing" şirkətinin yenilikləri, xüsusi layihələri, bonusları və s. haqqında operativ informasiyanı öz mobil telefonu vasitəsilə əldə edə bilər.
SMS-leasing üzrə sınaq işləri sentyabr ayının axırına kimi davam edəcək və müştərilərin rəy və təklifləri, o cümlədən programın funksionallığı nəzərə alınaraq avqustun birinci yarısında layihənin istismarına start veriləcək. Şirkətin müştəriləri üçün SMS-leasing layihəsi pulsuz təqdim olunur.
SMS-leasing layihəsi ilə yanaşı, "UniLeasing" QSC öz əməkdaşları və müştəriləri üçün lizinq ödənişləri cədvəli üzrə mobil telefon vasitəsilə hesablaşmaları həyata keçirməyə imkan verən JAVA-proqramı tətbiq edir.
Sentyabrın əvvəlində proqram şirkətin mütəxəssisləri tərəfindən JAVA-nı dəstəkləyən Nokia, SonyEricsson, Samsung telefonlarının əksəriyyətilə ilə birgə sınaqdan keçirilib.