...

Rusiyalı politoloq: "Türkmənistanın xarici investisiyaların cəlb edilməsinə dair siyasəti qaçılmazdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2007 17:35 (UTC +04:00)
Rusiyalı politoloq:  "Türkmənistanın xarici investisiyaların cəlb edilməsinə dair siyasəti qaçılmazdır"

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Türkmənistan iqtisadiyyatında xarici investisiyaların cəlb edilməsi siyasəti qaçılmazdır. Bu fikri Rusiyanın "Kommersant" qəzetinin baş redaktor müavini, politoloq Azər Mürsəliyev bildirib.

"Türkmənistan pezidenti tərəfindən aparılan siyasət -zəif təkamüldür. Hansı kİ, ölkəni yumşaq rejim,islahat və liberallaşdırmaya aparır. Belə kursla yanaşı, xarici investisiyaların cəlb edilməsi siyasəti, qaçılmazdır" - deyə Mürsəliyev bazar ertəsi telefonla bildirib.

Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov sentyabrda ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçdiyini elan edib.

Berdımuxammedov dövlət mülkiyyəti, maliyyə vəsaitindən səmərəli istifadə etməyi, rəhbər və dövlət xidmətçilərinin təhsil səviyyəsini artırmağı təklif edib.

Səkkiz ayın yekununa həsr olunmuş hökumət iclasında prezident strateji planlaşdırılmaya dair elmi-tədqiqat institutunun, həmçinin aparıcı alim və dünya səviyyəli mütəxəsisslərin cəlb edilməsi vasitəsilə dövlət idarəsi ali məktəbinin yaradılması qərarı barədə məlumat verib.

O, həmçinin qeyd edib ki, maliyyə hesabatlarının beynəlxalq standartlara keçidi maliyyə əməliyyatlarının aparılmasında şəffaflığı təmin edəcək, xarici investorlar üçün investisiya imkanlarını yaxşılaşdıracaq.

Mürsəliyevin sözlərinə görə, Türkmənistanın investisiyalara ehtiyacı var.

"Ölkənin böyük planları var, o, əhəmiyyətli investisiyalar və yeni texnologiyalar tələb edən bir sıra iri layihələr üzrə danışıqların iştrakçısıdır.

Təxmin etmək olar ki, yaxın iki il ərzində biz aşkarlıq istiqamətində daha güclü addımların şahidi olacağıq; Türkmənistanın iqtisadiyyatında, eləcə də Türkmənistanda" - deyə politoloq əlavə edib.

Xəbər lenti

Xəbər lenti