...

Xarici işlər nazirinin müavini: "Azərbaycan-Aİ əməkdaşlığı üzrə komitənin toplantısının vaxtı müəyyən olunub"

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2007 16:51 (UTC +04:00)
Xarici işlər nazirinin müavini:  "Azərbaycan-Aİ əməkdaşlığı üzrə  komitənin toplantısının vaxtı müəyyən olunub"

Azərbaycan, Bakı/ Trend , müxbir İ.X / Azərbaycan-Aİ əməkdaşlığı üzrə Komitənin VIII toplantısının sentyabrın 28-də Bakıda keçirilməsi planlaşdırılıb.

"Bu çox mühüm görüşdür, belə ki, Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycan üzrə fəaliyyət planı və energetika sahəsində strateji tərəfdaşlıq üzrə qarşılıqlı anlaşma memorandumu təsdiqləndikdən sonra ilk görüşdür",-deyə çərşənbə axşamı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Ötən toplantı (VII) 2006-cı ilin 26 oktyabrında Brüsseldə keçirilib.

Mahmud Məmmədquliytev söyləyib ki, Komitənin iclasında əsas məsələ bu iki sənəd əsasında görülmüş işlərin müzakirəsidir. Görüşdə ticarət, iqtisadiyyat və hüquqi məsələlərə dair Aİ Alt Komitəsinin VI iclasının, həmçinin, Nəqliyyat və energetika Alt Komitələrinin I və II iclaslarının protokollarının təsdiq olunması gözlənilir. Müzakirələr Qarabağ probleminə də toxunacaq. Avropa İttifaqı isə, ATƏT-in Minsk qrupunun bu münaqişənin həllindəki səylərini dəstəklədiyini bildirib.

Xarici işlər Nazirliyinin təklifi üzrə, Komitənin iclasları Nəqliyyat Nazirliyində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti