...

Bakı metropoliteni əhəmiyyətli dərəcədə genişlənə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Gələcəkdə Bakıda mövcud olan metro stansiyalarının sayının 20-dən 65-ə qədər çatdırılması planlaşdırılır. Bu barədə Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov məlumat verib. Bu xətlərdən ikisinin texniki layihəsi artıq mövcuddur.

Əhmədovun sözlərinə görə, gələcəkə Patamdar, Sumqayıt, Qaraçuxur, həmçinin, Bakıxanov qəsəbəsinə xətələrin aparılması planlaşdırılır.

Əhmədov, "Heydər Əliyev" adına Beynəlxalq Hava Limanına da xəttin aparılmasını istisna etməyib.

Əhmədov bildirib ki, yaxın zamanlarda Sumqayıta xəttin çəkilməsi gözlənilmir.

"Bakı-Sumqayıt Azərbaycvanın birinci dərəcəli yoludur və bu istiqamətdə metro xəttinin çəkilməsi mütləqdir. Lakin yaxın 3-5 il ərzində bu xətt çəkilməyəcək" - deyə Əhmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti