...

"Royal Bank of Baku" növbəti səhm emissiyasını qeydiyyata salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2007 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Royal Bank of Baku" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Emissiyanın həcmi 2 000 000 AZN təşkil edir, bir səhmin nominal dəyəri 200 AZN-dir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "AzərİnterTreyd" MMC çıxış edəcək.

Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər.

"Royal Bank of Baku" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti Bakı Fond Birjasının internet-saytında yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti