...

Dünya Bankı Azərbaycanla tərəfdaşlıq strategiyasının icrası ilə bağlı monitorinq keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2007 19:12 (UTC +04:00)
Dünya Bankı Azərbaycanla tərəfdaşlıq strategiyasının icrası ilə bağlı monitorinq keçirəcək

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova/ Dünya Bankı 2008-ci ilin fevral ayında Azərbaycanla 2007-2010-cu illər üçün nəzərdə tutulmuş tərəfdaşlıq strategiyasının icrası ilə bağlı monitorinqə başlamağı planlaşdırır. Bu barədə Dünya Bankının Bakı ofisinin rəhbəri Qreqori Yeceyçak bazar ertəsi keçirilən İnternet-forumda bildirib. Yeceyçakın sözlərinə görə, aparılacaq analiz zamanı vətəndaş cəmiyyəti ilə məsləhətləşmələrin aparılması nəzərədə tutulur.

Strategiya çərçivəsində bank ölkəyə 1,26 mlrd. dollara qədər vəsait ayırmağı planlaşdırır.

Dünya Bankının nümayəndəsi hesab edir ki, bu maliyyə ilində bank Azərbaycanda 10 yeni layihəni təsdiq etməyi planlaşdırır ki, bu da DB-nin ölkədəki maliyyələşməsini iki dəfə artırmağa imkan verəcək.

Strategiyaya uyğun olaraq, DB-nin Beynəlxalq İnkişaf Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyası kimi əsas qurumlarının hesabına layihələrin maliyyələşməsi nəzərdə tutulur. Lakin 2008-ci maliyyə ilində Azərbaycan güzəştli kreditlərin sonuncu kvotasını istifadə edəcək, nəticədə ölkə Beynəlxalq İnkişaf Assosiasiyasında kreditlər alan ölkələrin siyahısından çıxarılacaq və ölkə orta gəlirli ölkə statusunu alacaq.

Bankın ölkə ilə tərəfdaşlıq strategiyası Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramının vəzifələrini əks etdirir və 4 hissəyə bölünür:

- ölkədəki stabil makroiqtisadi vəziyyətin dəstəyi ilə ictimai sektorun idarə edilməsinin keyfiyyətinin və şəffaflığının artırılması, bu neft gəlirlərindən ehtiyatla istifadə etməyə imkan verəcək; planlaşdırmanın və ictimai gəlirlərin idarə edilməsinin təkmilləşdirilməsi; maliyyə menecmentinin gücləndirilməsi; ictimai və korporativ sektorda düzgün idarəetmənin yaradılması; hüquqi sistemin inkişafı və gücləndirilməsi üçün idarəetmə şəraitinin yaradılması;

- maliyyə xidmətlərinə çıxışın asanlaşdırılması, biznes-şəraitin yaxşılaşdırılması və özəl sektorun inkişafı üçün BMK vasitəsilə birbaşa investisiyaların və texniki yardımın təmin edilməsi, kənd təsərrüfatı və Mərkəzi Asiya-Cənubi Qafqaz-Qara dəniz tranzit marşrutlarına xüsusi diqqət ayırmaqla lazımi infrastruktur və xidmətlərin inkişafı vasitəsilə davamlı və balanslaşdırılmış inkişafı dəstəkləmək;

- yüksək səviyyəli səhiyyə xidmətləri, müasir təhsil sistemi və bazar iqtisadiyyatı sistemlərinin inkişafı, daha şəffaf, davamlı təqaüd sisteminin yaradılması, həyat şəraitinin yaxşılaşdırılması yolu ilə sosial xidmətlərin keyfiyyətinin artırılması.

- ətraf mühitin idarə edilməsinin yaxşılaşdırılması, atmosferin dəyişməsi, qazların buraxılmasının azaldılması, seçilmiş ərazilərdə təbii resursların daha davamlı şəkildə idarə edilməsi məsələsinin gündəlikdə saxlanılması.

Xəbər lenti

Xəbər lenti