...

Ekspertlər ABŞ-ın Federal Ehtiyat Sisteminin faiz dərəcəsinin azalması imkanlarının məhdud olduğunu bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2007 19:31 (UTC +04:00)
Ekspertlər ABŞ-ın Federal Ehtiyat Sisteminin faiz dərəcəsinin azalması imkanlarının məhdud olduğunu bildirir

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Uzun müddət ərzində ilk dəfə olaraq, dollar mövqeyini möhkəmləndirib. Çərşənbə günü "Trend Capitad"ın sorğusunda iştirak edən analitiklər dolların kəskin şəkildə tərəddüd etməsini ABŞ-da inflyasiyanın baş verməsinə dair məlumatlarla izah edirlər.

Ötən həftə dərc olunan məlumatlara görə, 2007-ci ilin noyabrında Amerikanın istehlakçı inflyasiyası indeksi ötən ilin noyabr ayı ilə müqayisədə 4,3%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə, 3,5%-i ötüb. Bu arada göstəricilər pronozlaşdırılan rəqəmlərdən çox olub.

ATON Broker İnvestisiya Şirkəti analitik departamentinin iqtisadçısı Vladimir Osakovskinin sözlərinə görə, ABŞ-da inflyasiya riski Fedaral Ehtiyat Sistesminin uçot dərəcəsinin azalması potensialını aşağı salır.

"Yarım il ərzində müşahidə olunan dolların məzənnəsinin düşmə prosesi bazarın Federal Ehtiyat Sisteminin faiz dərəcəsinin daha da aşağı düşməsini gözləməsi ilə bağlı idi. ABŞ-da inflyasiyanın sürətlənməsi riskinin artması sistemin faizliliyinin gələcəkdə azalması imkanlarını məhdudlaşdıra bilər" - deyə Osakaovski bildirib.

Analitikin sözlərinə görə, investorların dollar aktivlərinə marağı artır.

Alfa Bank İnvestitsiya Şirkətinin baş iqtisadçısı Nataliya Orlova da eyni fikirdədir.

"İnflyasiya üzrə bu yaxınlarda dərc olunan statistikanı nəzərə alan bazarlar faiz dərəcələrinin gələcəkdə aşağı düşməsinin qarşısını alacaq. Nəticədə, valyuta bazarının güclənəcəyi gözlənilir" - deyə Orlova qeyd edib.

Amerika dollarının kursuna münasibətdə gələcək perspektivlərə gəlincə isə, Osakovskinin fikrincə, dollar artmının yaxşı potensialı var. Analitik faiz dərəcəsinin gələcəkdə aşağı düşməsi riskini də istisna etməyib.

"Faiz dərəcəsinin gələcəkdə aşağı düşməsi imkanı var. Dollara münasibətdə müəyyən neqativin bir neçə ay ərzində mövcud olması mümkündür" - deyə analitik bildirib.

Orlovanın fikrincə, Amerika valyutasının mövqeynin möhkəmlənməsi yaxın bir neçə ay ərzində müşahidə olunacaq.

"Dolların möhkəmlənməsi müvəqqəti xarakter daşıyır. Gələn il biz Amerika valyutasının mövqeyinin zəifləyəcəyini gözləyirik" - deyə Orlova qeyd edib.

Xəbər lenti

Xəbər lenti