...

Azərbaycanın Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsi vahid kadastr sisteminin tətbiqinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral/ " müxbir Ü.İsmayılova/ Azərbaycanın Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsi Dünya Bankı ilə razılaşma çərçivəsində, ölkədə "Daşınmaz əmlakın vahid kadastrı" sisteminin tətbiqi üzrə ilkin materialları hazırlayıb. Bu barədə çərşənbə günü Komitənin rəhbəri Qərib Məmmədov 2007-ci ilin yekunlarına həsr edilmiş kollegiyada məlumat verib.

"Komitə Dünya Bankı ilə razılaşmaya əsasən, ölkə ərazisində 40 daimi geodeziya idarəetmə stansiyası quraşdıracaq", - Məmmədov bildirib.

İyulda Azərbaycan hökuməti və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycanda "Daşınmaz əmlakın vahid kadastrı" layihəsinin reallaşdırılması üçün $38 mln. məbləğində kreditin ayrılması haqqında razılaşma imzalanıb.

Onlardan $15 mln.-u geodeziya, xəritəçəkmə, ortfotoçəkmə ehtiyacları və torpaq kadastrı məsələsi üçün Azərbaycanın Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinə ayrılıb.

Vahid kadastr sistemi daşınmaz əmlak bazarının canlanmasına, müvafiq idarəetmə sisteminin formalaşdırılması və dövlət əmlakından istifadəyə, həmçinin, daşınmaz əmlakın düzgün qeydiyyatının aparılmasına yardım edəcək.

Xəbər lenti

Xəbər lenti