...

Azərbaycanın daha bir kommersiya bankı şəxsi ipoteka proqramını tətbiq etməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir İ.Xəlilova / Azərbaycanın ipoteka bazarında durğunluğun davam etməsi ilə əlaqədar, "Zamin Bank" səhmdar-kommersiya bankı, digər banklar kimi, şəxsi ipoteka kreditləşmə proqramını tətbiq etmək niyyətindədir. [Azərbaycanın İpoteka Fondu ötən ilin iyulundan ipoteka kreditinin verilməsini dayandırıb]. Bankın idarə heyətinin sədri Baratəli Piriyevin sözlərinə görə, hazırda əcnəbi banklarla və beynəlxalq maliyyə institutları ilə ipotekaya xarici maliyyələşmənin cəlb edilməsi mövzusunda danışıqlar aparılır.

"İpoteka proqramını, 2008-09-cu illər ərzində tətbiq edilə bilər, bu da ipoteka maliyyələşməsindən asılıdır", - Piriyev qeyd edib.

Azərbaycanın Milli Bankının nəzdində fəaliyyət göstərən Azərbaycanın İpoteka Fondunun (AİF) ipoteka kreditinin verilməsinə başlandıqdan sonra, onun bank-agentindən biri olan "Zamin Bank", layihələri 1 mln. manat dəyərində maliyyələşdirib. Bank rəhbəri güman edir ki, ipoteka kreditinin verilməsinin yeni mexanizminin təsdiqlənməsindən sonra, AİF yaxın zamanlarda kreditləşməni bərpa edəcək. Buna əsasən, sosial ipotekanı saxlamaqla, kommersiya şərtləri ilə maliyyələşməyə keçid planlaşdırılır.

Prezidentin ötən ilin yanvarında imzaladığı sərəncama əsasən, ipoteka kreditinin verilmə mexanizmi təkmilləşib və Azərbaycanda güzəştli ipoteka kreditinin verilmə qaydaları təsdiqlənib. [Bu qaydalar yenidən dəyişiləcək].

İndiyədək fəaliyyət göstərən kreditləşmə mexanizminə əsasən:

Əvvəlki Ümumi ipoteka kreditləri Sosial ipoteka
Kreditin verilmə müddəti 15 il 25 il 30 il
İlkin ödəmə 30% 15-0% 15-0%
Kreditin maksimal məbləği 30 000 50 000 35 000
Maksimal faiz dərəcəsi 12% 8% 4%
Gəlirə nisbətən illik ödəmələr 50% 70% 70%
Sığortalanmanın növləri Əmlakın və həyatın sığortalanması Əmlakın sığortalanması Əmlakın sığortalanması
Defoltun müddəti 2ay 3 ay 3 ay
Xəbər lenti

Xəbər lenti