...

Bank Respublika İnternetdə ödənişlər aparmaq üçün VirtualCard təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2008 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / " "Bank Respublika"müştərilərinə VISA ödəniş sisteminin yeni plastik kartı olan VirtualCard təqdim etməyə başlayıb. Bu kart İnternetdə mal və xidmətlərin haqqını ödəmək, İnternetdə mərc əməliyyatları aparmaq üçün istifadə imkanı verir. Bu barədə Bankıın çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Virtual kartda vəsaitləri məhz ödəniş aparmazdan əvvəl yerləşdirmək, ödəmədən sonra isə, sıfır qalıq saxlamaq olar. Bununla da kart nömrəsinin İnternetdə kənar şəxslər tərəfindən öyrənildiyi halda, vəsaitlərinizin qanunsuz çıxarılması ehtimalını praktiki olaraq istisna etmək mümkündür.

VirtualCard məhz İnternetdə istifadə edilməsi nəzərdə tutulduğundan, kartın maqnit xətti və PİN-kodu yoxdur. Virtual kart vasitəsilə bankomatdan pul çıxarmaq və ya POS-terminal vasitəsi ilə mal / xidmətin haqqını ödəmək mümkün deyil.

VirtualCard-da 3 rekvizit: 16-rəqəmli kart nömrəsi, 3-rəqəmli CVV kod və kartın istifadə müddəti göstərilmişdir. İnternetdə mal və ya xidmətlərin haqqının ödənilməsi üçün müvafiq saytda elektron anketdə kartın rekvizitlərini daxil etmək zəruridir. Tanış olmayan və şübhəli İnternet saytlarda kartdan istifadə olunması tövsiyə olunmur.

Bank Respublika VirtualCard-ı pulsuz və illik xidmət haqqı olmadan təklif edir. Kart hesabına ilkin mədaxil məbləği, hesabın valyutasından asılı olaraq, 30 ABŞ dolları və ya manatdır.

VirtualCard kartına müştərinin istəyinə əsasən, müəyyən müddətə (gün, həftə, ay) və əməliyyat növünə vəsaitin xərclənməsinə limitlər təyin edilə bilər.

Xəbər lenti

Xəbər lenti