...

Azərbaycanın iri sığorta şirkətinin sığorta haqları 2007-ci ilin yekunların görə 13 mln. manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2008 19:33 (UTC +04:00)

Azərbayan, Bakı,14 aprel / Trend /Azərbaycanın "Standard Insurance" iri sığorta şirkətinin sığorta haqları 2007-ci ilin yekunlarına görə 3,037 mln. manat ödənişlə 13,7 mln. manat təşkil edib. Bu barədə şirkətin bazar ertəsi yayılmış məlumatında bildirilir.

Şirkətin təkrarsığorta əməliyyatları üzrə sığorta haqları 2007-ci ildə 512 min manatı təşkil edib.

Məlumatda deyilir ki, şirkətin aktivləri 2007-ci ildə 17,7 mln. manat, balans mənfəəti 3,041 mln. manat təşkil edib.

İlin yekunlarına görə, şirkətin depozit hesabı 10,1 mln. manat təşkil edib.

Azərbaycanın iri sığorta şirkəti "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. O 2007-ci ildə "Moody's Investors Service" Agentliyindən B1 səviyyəli maliyyə dayanıqlığı reytinqini əldə etmiş Azərbaycanın yeganə sığorta şirkətidir. Şirkətin Nizamnamə kapitalı səkkiz mln. manat təşkil edir.Yanvar-fevral aylarında aparılan ilkin hesablamalara görə, şirkət 4,7 mln. manat məbləğində sığorta haqqı yığıb.

Xəbər lenti

Xəbər lenti