Azərbaycan, Gəncə, 03 may / " müxbir Ü.İsmayılova, V.Məmmədov, P.Əliyeva/ Azərbaycanın qərb regionları çörək defisiti problemi ilə qarşılaşa birlər. Trend ın region müxbirinin şənbə günü verdiyi məumata görə, cümə günü Azərbaycanın qərb regionunda Türkiyənin un tədarükü və istehsalı üzrə iri şirkətlərindən biri - "Fatoglu" ASC, ehtiyatların tükənməsi səbəbindən, fəaliyyətini dayandırıb.
"Fatoglu" ASC, əsasən, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Goranboy, Yevlax, Daşkəsən, Gədəbəy, həmçinin, ölkənin bəzi cənub regionlarını un ilə təchiz edir. Zavodun aylıq istehsal həcmini 8 min ton un təşkil edir.
Şirkətdən şənbə günü telefonla verilən məlumata görə, "Fatoglu"da ehtiyatların tükənməsi şirkətin taxılı Qazaxıstandan alması, bu ölkənin isə, aprel ayında taxılın dünya qiymətinin artımı fonunda, daxili bazarı mühafizə etmək məqsədiilə, 2008-ci ilin sentyabrında yeni məhsul yığımına qədər ixraca qadağa qoyması səbəb olub.
Şirkətdən bildiriblər ki, hazırda taxıl idxalı üçün alternativ mənbələr axtarılır.
"Düşünürük ki, taxıl tədarükünə dair yeni müqavilənin imzalanmasından sonra, yaxın 10 gün ərzində öz fəaliyyətimizi bərpa edə biləcəyik", - deyə şirkətdən bildiriblər.
"Fatoglu"nun fəaliyyətini dayandırmasından sonra qərb və cənub regionlarında 200-250 qramlıq çörəyin qiyməti 0,20 manatdan 0,30 manata qədər, 300-400 qramlıq çörək isə 0,40 manata qədər bahalaşıb.
Çörəyin mümkün defisit faktını şərh edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov şənbə günü jurnalistlərə bildirib ki, ərzaq taxılı ilə bağlı çatışmazlığı təmin etmək məqsədilə aparılan tədbirlərə baxmayaraq, "biz öz tələbatımızı tam olaraq ödəyə bilmirik və buna görə də digər ixrac ölkələrindən taxıl idxalını davam etdirəcəyik".
Azərbaycana taxıl , əsasən, Qazaxıstan, Rusiya və Ukraynadan ixrac olunur. Azərbaycanın taxıla olan illik təlabatı 3 mln. ton təşkil edir. Azərbaycan bu taxılın 1 mln. tonunu ixrac edir. Rusiyada ixrac olunan taxılın qiymətinə əlavə 22 avronun tətbiq edilməsindən sonra, tam dəyişikliklər edilənə qədər, Azərbaycanda ixrac dayandırılıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital