Azərbaycan, Bakı, 12 may/ Trend , müxbir D.Xatınoğlu/ Tehranda, İran və Azərbaycan arasında dəniz və nəqliyyat tranziti əməkdaşlığı üzrə protokol imzalanıb.
İRNA agentliyinin mayın 12-ə olan məlumatına əsasən, İranın Liman və Gəmiçilik Təşkilatının rəis müavini Əlirza Sateyi bildirib ki, hər iki ölkənin gəmiçilik üzrə rəsmi şəxslərinin keçirdiyi iclasda Xəzər vasitəsilə daşınan mallar, dənizin təmizliyinin mühafizəsi, nəqliyyat məsələləri və malların tranzitinin təhlükəsizliyinin müdafiəsi mövzuları müzakirə edilib. Bu məsələlər üzrə razılıq əldə edilib.
Azərbaycan və İran limanları Komitələrinin ikinci iclası mayın 4-6-da Tehranda keçirilib. İclasda İranın liman və dəniz tranziti üzrə özəl şirkətləri iştirak ediblər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]