Azərbaycan, Bakı, 19 may/ Trend , müxbir Y.Əliyev/ Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun Azərbaycana rəsmi səfəri çərçivəsində, bazar ertəsi Bakıda yeddi ikitərəfli sənəd imzalanıb.
Ticarət Sənaye Palataları arasında əməkdaşlıq haqqında, maliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlər, iki ölkə XİN arasında əməkdaşlıq haqqında protokol imzalanıb. İmzalanan sənədlər arasında beynəlxalq kombinasiya edilmiş yük daşınmaları haqqında; beynəlxalq avtomobil daşınmaları haqqında; standartlaşdırma, metrologiya və akkreditasiya sahələrində; gənclər və idman sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər var.
Sənədlər Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqların yekunları üzrə imzalanıb.