...

Bakı Banklararası Valyuta Birjası iyunun 6-na olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2008 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun / Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 06iyun tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8146 AZN təşkil edib. Bu barədə Birjanın cümə günü yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8157 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 81 450 000 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0012 bənd qalxıb və 0,8145 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 390 745 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8181 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $ 101 700 000 ABŞ dolları və ya 82 840 745 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 25 425 000 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,75%, ABŞ dolları üzrə isə, illik 16,75% təşkil edib.

Gün ərzində banklar arasında həcmləri 2 900 000 USD və 2 900 000 USD müddətləri 30 və 90 gün təşkil edən 2 əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcələri müvafiq qaydada ,illik 15% və 16% təşkil edib.

Xəbər lenti

Xəbər lenti