...

Aİ ENP çərçivəsində 2009-10-cu illər üçün Azərbaycana yardımın istiqamətlərinin müəyyənləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2008 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti ilə Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində, 2009 və 2010-cu illər milli indikativ proqramlara daxil edilə biləcək sahələrin müzakirəsi üçün, Avropa komissiyası iyulun əvvəlində Bakıya nümayəndə heyəti göndərir. Bu barədə çərşənbə günü Avropa İttifaqının Azərbaycana texniki yardım proqramı (Tacis) üzrə koordinasiya bürosunun icraçı direktoru Rüfət Məmmədov məlumat verib.

Bundan sonra növbəti iki ildə texniki yardımın göstəriləcəyi istiqamətlərin müəyyən edilməsi məqsədilə sektorların analizi aparılacaq.

Məmmədovun sözlərinə görə, Aİ ekspertləri ilə 21-22 mln. büdcəyə malik 2008-ci il üçün indikativ proqram da müzakirə olunacaq. Hazırda iki istiqamət nəzərdən keçirilir - ədliyyə və aqrar sektor. Ədliyyə üzrə təkliflər ötən ilin dekabrında hazırlanıb və penitensiar sistemin, regional məhkəmələrin, Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Ədliyyə Akademiyasının dəstəklənməsi, milli qanunvericiliyin Avropa standartlarına yaxınlaşdırılması nəzərdə tutulur. İkinci istiqamət üzrə əsas diqqət Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması nöqteyi-nəzərindən kənd təsərrüfatında islahatlara veriləcək.

Ümumilikdə 2007-2010-cu illərdə Azərbaycan üçün ENP-nin büdcəsi 92 mln. avro həcmində nəzərdə tutulub.

2007-2010-cu illər üçün ümumi büdcə 92 mln. avro məbləğində təsdiqlənib. Bu gün 19 mln. məbləğində olacaq 2007-ci il büdcəsi çərçivəsində yardımın istiqamətləri müəyyən edilib. 2007-ci il üçün indikativ proqrama üç istiqamət daxildir - dövlət büdcəsinin sektoral dəstəklənməsi üzrə alət, tvininq-proqram və texniki yardım. Tvininq proqramda təqribən beş layihəyə 5 mln. avronun artırılması nəzərdə tutulub. Qalan 14 mln. avro isə (bu vəsaitlərin 10 faizi büdcənin dəstəklənməsi alətinə texniki yardım üçün nəzərdə tutulur), digər iki komponent üçün nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti