...

"Bank Respublika" İlk Kart istifadəçiləri arasında "Disneylendə Səyahət" uduş kampaniyası keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2008 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun/ Trend / "Bank Respublika"nın İlk Kart istifadəçiləri "Disneylendə Səyahət" uduş kampaniyasında iştirak edə bilərlər. Şirkətin əsas mükafatı Paris Disneylendinə dörd gün müddətinə üç nəfərlik səyahətdir. Şirkətin daha əlavə mükafatları beş musiqi pleyeridir.

2008-ci il iyulun 1-dən dekabrın 1-dək İlk Kart kartları üzrə 20 manat və ya 20 ABŞ dolları məbləğində aparılan hər bir əməliyyat avtomatik şəkildə bir şans kimi qeydə alınır. Keçirilən uduşun qalibləri cari ilin 22 dekabrında keçiriləcək lotereya uduşu zamanı seçiləcək.

İlk Kart 7 yaşından 17 yaşadək olan şəxslər üççn nəzərdə tutulub. Bu, Azərbaycanda yeniyetmələr üçün olan ilk plastik kartdır. İlk Kart ailə üzvlərinə - oğula, qıza, qardaşa sifariş edildikdə və sifarişçinin hesabına əlavə kart sifariş olunduğu zaman pulsuz və illik xidmətə görə ödənişsiz verilir.

İlk Kart VİSA Electron bazası əsasında buraxılır və 200-dək dünya ölkəsi ərazisində bank hesablarından əmanətlərin çıxarılması, xidməti-ticarət müəssisələrində mal və xidmətlərə görə qeyri-nəğd ödənişlərin və İnternet şəbəkəsində elektron ödənişlərin edilməsi üçün istifadə oluna bilər.

Yeniyetmə şəxs üçün kartı yaşlı şəxs (valideyn və ya digər şəxslər) sifariş edə bilər.

Bu kart sifarişçinin hesabına əlavə kart kimi buraxılır və İlk Kart üzrə aparılan bütün əməliyyatlar onun vasitəsilə həyata keçirilir. İlk Kart sifarişçisi karta xərclər üzrə gündəlik, həftəlik və aylıq limit qoya bilər.

İlk Kart uşağın doğum gününə və ya digər yadda qalan günə yaxşı hədiyyə ola bilər. Kart uşaq digər şəhərdə və ya ölkədə oxuduğu zaman çox rahat istifadə oluna bilər. Belə ki, pulun göndərilməsi üçün valideynin yalnız lazım olan məbləği kart hesabına köçürməsi kifayətdir.

Xəbər lenti

Xəbər lenti