...

Azərbaycanda qabaqcıl sahibkarlığın inkişafının dəstəklənməsi güclənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2008 16:10 (UTC +04:00)
Azərbaycanda qabaqcıl sahibkarlığın inkişafının dəstəklənməsi güclənir

Azərbaycan, Bakı, 15 iyul/ Trend , müxbir İ.Xəlilova/ Elm xadimləri və sahibkarlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın Elmlər Akademiyası 2008 - ci ildə "Azərbaycanda qabaqcıl sahibkarlığın dəstəklənməsi" birinci elmi-təcrübi konfransını təşkil ediblər.

Alimlər 10-dək innovasiya layihəsi təqdim edib və sahibkarlıq subyektləri ilə onların biznesdə tətbiqi imkanlarını müzakirə ediblər. Konfrans çərçivəsində nanotexnologiyalar, informasiya texnologiyaları, alternativ enerji mənbələri sahələrində layihələrin təqdimatı keçirilib.

İİN Aparatının rəhbəri Samir Vəliyev bildirib ki, belə konfransın keçirilməsi sahibkarlığın inkişafının dəstəklənməsi üzrə dövlət siyasəti çərçivəsində tədbirlərin davamıdır. Keçirilmiş tədbirlər nəticəsində, özəl sektorun ÜDM-də xüsusi çəkisi artıq 84 faizə çatıb. Bu gün 79 min hüquqi və 261 mindən çox fiziki şəxs ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

"Lakin innovasiyaların tətbiqi ilə mənsimənilməsi planlaşdırılan istifadə edilməmiş ehtiyatlar var", - Vəliyev söyləyib.

İqtisadi İnkişaf Nazirliyi informasiya bazasının yaradılması məqsədilə Elmlər Akademiyası və ali təhsil müəssisələri ilə bu istiqamətdə işləri gücləndirmək niyyətindədir. Elmi innovasiyaları tətbiq edəcək sahibkarların maliyyə-təsərrüfat xərclərini minimuma endirmək üçün, sahibkarların dəstəklənməsi üzrə yeni Dövlət Proqramında (2008 -13 - cü illər) biznes-inkubatorların yaradılması nəzərdə tutulub. Dövlət Proqramında innovasiya sahibkarlığının dəstəklənməsi üzrə tədbirlər kompleksi nəzərdə tutulub.

Milli Elm Fondunun direktoru Fuad İsmayılov hesab edir ki, elmi ideyalardan istifadə qeyri-neft sektorunun inkişafına yardım edir. Azərbaycanda, elmi potensialın inkişafı baxımından digər ölkələri ötməsinə baxmayaraq, alimlərin fikirləri çox vaxt kağız üzərində qalır.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də təsdiqləyib ki, bu gün İKT sahəsində şirkətlərin sayının artımı innovasiya fəaliyyətinin inkişaf templərini nəzərəçarpacaq dərəcədə ötür. [Azərbaycanda İKT sektorunun gəlirlərinin 70 faizini özəl sektor formalaşdırır].

İyulun 15-nə olan rəsmi məzənnə - 0,8051 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti