Azərbaycan, Bakı, 29 iyul/ Trend , müxbir Ü.İsmayılova/ İyunda Bakının ilkin daşınmaz əmlak bazarında qiymətlər, may ayına nisbətdə 3,1 artıb, - çərşənbə axşamı "Əmlak Bazarı Iştirakçıları"Ictimai Birliyindən bildiriblər.
İyunda Bakının ilkin bazarında bir kvadratmetrin qiyməti $1173 olub.
Şəhərin mərkəzi hissəsində - birinci zonada təqdim edilən mənzillərin əksəriyyəti beşotaqlı, üçüncü zonada isə, birotaqlı olub.
Yeni tikililərdə təqdim edilmiş mənzillərin sahəsi iyunda hər kvadratmetr üçün 120,1 olub ki, bu da mayla (120,5 kvadrat metr) müqayisədə 0,3 azdır.
Məlumat cədvəli iyunda təqdim olunmuş mənzilləri göstərir:
Mənzillər |
Say |
Sahənin orta göstəricisi |
Ümumi tikintidə faiz payı |
1-otaqlı |
10232 |
58,7 |
15 |
2- otaqlı |
20520 |
92,7 |
31 |
3- otaqlı |
26320 |
135,7 |
40 |
4- otaqlı |
7642 |
180,4 |
13 |
5- otaqlı |
755 |
233,8 |
1 |
İyunda Bakıda tikilən binaların sayı 555, şirkətlərin sayı 212 olub.
Binaların əksəriyyəti (24,9 faiz) Bakının Yasamal rayonunda tikilir. Qalan göstəricilər bunlardır: Nəsimi - 20,7 faiz, Binəqədi - 10,6 faiz, Nərimanov - 6,1 faiz, Nizami - 5,6 faiz.