...

2009 - cu ildə Avrozonada inflyasiya cüzi azalacaq – Mərkəzi Bankın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2008 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend , müxbir A.Bədəlova/ Gələn il Avrozonada inflyasiyanın səviyyəsi cüzi azalacaq, - Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Jan-Klod Trişe cümə axşamı bankın iclasının yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.

AMB - nin gözləmələrinə əsasən, cari ildə inflyasiyanın səviyyəsi orta hesabla 3,4 faiz, gələn il isə 2,4 faiz olacaq. AMB-nin məqsədli inflyasiya səviyyəsi 2 faizdir.

Mərkəzi Bank rəhbərinin "Vesti" telekanalının birbaşa efirində yayımlanan mətbuat konfransında bildirdiyinə görə, cari ilin iyunu ilə müqayisədə, 2008 və 2009 - cu illərdə ÜMD - in hazırki artım proqnozu nəzərəçarpacaq dərəcədə aşağıdır.

"Tədqiqatlar 2008 - ci ildə ÜDM-in real artımın 1,1 və 1,7 faiz, 2009 - cu ildə isə, 0,6 və 1,8 faiz olacağını göstərir", - Trişe bildirib.

Trişenin bildirdiyinə görə, dünya iqtisadiyyatı, əsas etibarilə, inkişafda edən ölkələrin iqtiasdiyyatının davamlı artımından fayda götürərək kifayət qədər dayanıqlı olacaq.

"Bu Avrozonada istehsal olunan mal və xidmətlərə və beləliklə, regionun sərmayələrinə xarici tələbatı dəstəkləməlidir", - Trişe bildirib.

Trişenin sözlərinə görə, iqtisadi proqnozlar üzrə bütün qeyri - müəyyənliklər xammal, enerji daşıyıcıları və ərzağın qiymət artımı ilə əlaqədardır.

"Bu risklər gələcəkdə maliyyə bazarının gərginliyinə, o isə, öz növbəsində, real iqtisadiyyata təsir göstərək", - Trişe bildirib.

"Avrostat" statistika bürosunun ilkin məlumatlarına əsasən, cari ilin avqustunda illik hesablamada Avrozonaya daxil olan 15 ölkədə inflyasiya 3,8 faiz olub. İyulda isə, bu göstərici 4,1 faizə bərabər olub.

Trişenin sözlərinə görə, yüksək inflyasiya səviyyəsi dünya arenasında neft və ərzağın qiymət artımının birbaşa və qeyri-birbaşa təsirlərinin nəticəsidir.

AMB - nin iyun proqnozuna əsasən, cari ildə Avrozonada iqtisadi artım templəri təxminən 1,8 faiz, 2009 - cu ildə isə, 1,5 faiz olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti