...

Türkiyə və Ermənistan arasında sərhədlərin açılması: Ankaraya bu lazımdırmı?

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2008 17:11 (UTC +04:00)

Vaqif Şərifov - Trend informasiya aqentliyinin direktoru

Türkiyə və Azərbaycanın sıx iqtisadi tərəfdaşlığı şəraitində, rəsmi Ankara dəmir yolu əlaqəsinin bərpası və faktiki olaraq 15 il ərzində bağlı olan İrəvanla quru sərhədlərinin açılması ilə, qazandığından çox itirəcək. KİV- də Türkiyə prezidenti Abdullah Gülün Ermənistana qarşıdakı səfəri və rəsmi İrəvanın Qars (Türkiyə) - Gümri (Ermənistan) dəmir yolunun işinin bərpası planları haqqında paralel bəyanatları haqqında xəbər fəal şərh edilir.

Bir çox mənbələrdən yanacaq idxal edən Türkiyə, Bakı - Tbilisi - Ceyhan boru kəməri ilə Azərbaycan neftinin nəqlindən tranzit tarifi, Bakı - Tbilisi - Ərzurum boru kəməri ilə qaz alır, Azərbaycanla birlikdə Bakı - Tbilisi - Qars dəmir yolunu tikir. Azərbaycanın Dövlət Neft Şirkəti Türkiyədə iri neft-kimya kompleksinin yaradılmasına sərmayə yatırır. Ankara Azərbaycan ərazisindən tranzitlə keçəcək Qazaxıstan neftinə də böyük ümidlər bəsləyir. Başlanğıcı Türkiyədə olacaq "Nabukko" qaz kəməri isə, yenə də Azərbaycan qazı və Bakıdan keçəcək Mərkəzi Asiya yanacağı ilə doldurulacaq.

Azərbaycanın tərkibinə daxil olan Dağlıq Qarabağa qarşı işğalçı siyasəti ilə əlaqədar Ermənistan üç ölkədən - İran, RF və əsasən, rus mallarının İrəvana daşınması üçün tranzit ölkə kimi çıxış edən Gürcüstandan total asılılıqda qalıb. Qars - Gümri marşrutunun bərpasına dair Ermənistanın indiki arzusu tamamilə izah ediləndir: avqustda alovlanan gürcü - osetin münaqişəsi Ermənistanı idxaldan - lakin artıq bir mənbədən - İrandan daha çox asılı vəziyyətə gətirib. Bir müddət əvvəl Gürcüstan və Rusiyanın diplomatik münasibətləri kəsməsi, faktiki olaraq, rus mallarının Tbilisidən keçməklə İrəvana düşə bilməyəcəyi deməkdir. İqtisadi baxımdan cəlbedici olan digər marşrut isə yoxdur. Bu o deməkdir ki, elementar bazar qanunlarına əsasən, Ermənistan üçün İran mallarının qiyməti artacaq, Qafqazdakı son hadisələrin fonunda ölkənin iqtisadi vəziyyəti daha da pisləşəcək.

Qafqazda yaranmış vəziyyətin fonunda, Ermənistanın qarşısında kəskin şəkildə enerji ehtiyatlarının idxalının diversifikasiyası məsələsi dayanıb və bu, rəsmi İrəvanın Azərbaycana tərəfdaş ölkə - Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası planları haqqında bəyanatlar verməsinə səbəb olur. Rəsmi Ankaranın, mahiyyətinə görə siyasi olan, belə addım atacağına ehtimal azdır. Rəsmi Ankaranın 15 illik mövqeyinin zəifləməsi demək olan yolun açılması Türkiyəyə yalnız Ermənistanla ticarət aparmaq imkanı verəcək. Belə ki, Türkiyə malları bir müddət əvvəl baş verən münaqişə və diplomatik münasibətlərin kəsilməsi ilə əlaqədar, Gürcüstan vasitəsilə Rusiya bazarına düşə bilməyəcək. Türkiyənin Ermənistan vasitəsilə İran və ya Gürcüstanla ticarət etməsinə zərurət yoxdur; Türkiyənin bu ölkələrlə dövlət sərhədləri var, xeyli müddətdir ki, iqtisadi əlaqələr qurulub.

ABŞ -ın Dövlət Energetika İdarəsinin (EİA) məlumatlarına əsasən, 1992 -2007- ci illərdə Ermənistanda yanacaq istehlakı sutkada, orta hesabla, 34 min barel (ildə 1,7 mln. ton) olub. EİA-nın məlumatına görə, Ermənistanın şəxsi neft emalı sənayesi, şəxsi karbohidrogen ehtiyatları hasilatı və magistral neft kəmərləri yoxdur. Ermənistan dəfələrlə öz ərazisində illik gücü 7 mn. ton olacaq və $2 mlrd. qiymətləndirilən neft emalı zavodunun (NEZ) tikilməsi arzusunu bəyan edib. Lakin heç kəs bu NEZ- dən benzin almayacaq, belə ki, neft emalının maya dəyərinin yüksək olması ilə əlaqədar, onun qiyməti qeyri-münasib olacaq. Ermənistandakı NEZ- də emal üçün gətiriləcək idxal qazı və ya türkmən nefti (İran ərazisindən tranzitlə) çox baha olacaq, neft məhsullarının ixracı və paylaşdırılması isə, magistral neft məhsulları kəmərlərinin olmaması və bunun nəticəsində yüksək nəqliyyat xərcləri ilə bağlı, mürəkkəbləşib. İrəvan İran neftini ala bilməyəcək. Belə ki, Tehran ölkənin şimalında yerləşən neft emalı zavodlarını yükləmək üçün özü Rusiya, Türkmənistan və Qazaxıstandan xammal alır.

Azərbaycan, istər şəxsi, istər Mərkəzi Asiyadan gətirilən karbohidrogenlərin Avropaya ixracı üçün, yaxşı qurulmuş əlverişli infrastruktura malik tranzit ərazi kimi, Cənubi Qafqazda möhkəm geosiyasi mövqe tutur. Neft və qazın hazırki qiymətlərinin yüksək olması fonunda, Türkiyə xammalı Ceyhan limanına nəql edilən Azərbaycanla əməkdaşlıqdan əhəmiyyətli fayda götürür. Qazaxıstan isə, "Kaşağan" yatağından hasil edilən neftinin bir hissəsini Bakı - Tbilisi - Ceyhan boru kəməri ilə nəql edəcək. Qazaxıstanın Gürcüstanda Qara dənizdə şəxsi Batumi limanı var və bu limana yüklər Azərbaycan ərazisi ilə daşınır.

Belə görünür ki, iqtisadi amil və Azərbaycanla möhkəm tərəfdaşlıq əlaqələri, Ermənistanla sərhədlərin açılması fonunda, Türkiyə tərəfindən daha çox nəzərə alınmalıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan Cap

Xəbər lenti

Xəbər lenti