...

Rusiya əcnəbi tərəfdaşları siyasi zəmində RF sərmayədarlarının qarşısında maneələr törətməyi dayandırmağa çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2008 02:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr/ Trend müxbir A.Bədəlova/ Rusiyanın bir nömrəli vəzifələrindən biri sərmayələr üçün institusional məhdudiyyətlərin aradan qaldırılmasıdır, RF Baş naziri Vladimir Putin Soçidə keçirilən VII beynəlxalq sərmayə forumunda bildirib. Forumun gedişi їVestiї telekanalı ilə birbaşa efirdə yayımlanıb.

Putinin bildirdiyinə görə, Rusiya bundan sonra da xarici sərmayələrin cəlb edilməsində maraqlıdır.

їLakin biz qarşılıqlı sərmayələrə, xarici sərmayədarların Rusiya sərmayədarlarını qəbul etməyə hazır olmalarına ümid edirik və yalnız siyasi zəmində törədilən və heç bir sağlam iqtisadi əsaslandırması olmayan maneələrin yaradılmasını anlamırıqї, - Baş nazir bildirib.

Onun sözlərinə görə, hazırda rəqabətin inkişaf proqramı hazırlanır. Proqramın məqsədi inhisarların bazar hakimiyyətindən sui-istifadə etmələri imkanlarının azaldılmasıdır.

Putinin rəyinə görə, fəal antiinhisar siyasəti qiymət əyriliklərinin aradan qaldırılması və inflyasiya səviyyəsinin azalmasına səbəb olacaq.

Putinin bildirdiyinə görə, Rusiyanın siyasəti dəyişməz qalacaq.

їBiz özəl təşəbbüsə, sahibkarlıq azadlığına, açıqlıq və dünya iqtisadiyyatına rasional inteqrasiyaya üstünlük veririkї, - Baş nazir bildirib.

Putinin sözlərinə görə, bu gün Rusiyanın güclü müstəqil maliyyə sisteminin qurulmasına ehtiyacı var. Onun sözlərinə görə, bu istiqamətdə atılan ciddi addımlar Rusiyada beynəlxalq maliyyə mərkəzinin formalaşdırılması layihəsi ilə bağlıdır. Layihəyə bank sistemi, fond və əmtəə birjalarının inkişafı, qiymətli kağızlar bazarında sərmayələr sahəsində vergi qanunvericiliyinin sadələşdirilməsi daxildir.

їÜmid edirəm ki, milli şirkətlər milli valyuta ilə hesablaşmaya keçəcəklər. Istənilən halda, neft-qaz sektoru bir neçə saziş növləri üzrə bunu edə bilərdiї, - Putin bildirib.

ї2009-cu ildən etibarən їQazpromї bəzi tərəfdaşlarına rublla hesablaşmaya keçməyi təklif edirї, - Putin bildirib.

Dünya maliyyə böhranının Rusiyaya təsirindən danışan Putin qeyd edib ki, Rusiya iqtisadiyyatının fundamental gösəriciləri norma civarındadır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:- [email protected]

Xəbər lenti

Xəbər lenti