...

Dünya maliyyə böhranı Azərbaycanın kredit ittifaqlarına təsir göstərməyib - assosiasiya rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2008 12:50 (UTC +04:00)
Dünya maliyyə böhranı Azərbaycanın kredit ittifaqlarına təsir göstərməyib - assosiasiya rəhbəri

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend , müxbir Ü.İsmayılova/ Maliyyə böhranı Azərbaycanın kredit ittifaqlarının fəaliyyətinə təsir göstərməyib və onlar vəsait çatışmazlığı problemi ilə üzləşməyib. Bu barədə cümə axşamı Kredit İttifaqları Assosiasiyasının idarə heyətinin sədri Elçin Bağırov bildirib.

"Hazırda yalnız fəaliyyətinin zəifliyinə görə pul əldə edə bilməyən kredit ittifaqları vəsait çatışmazlığı dövrünü yaşayır və bu, maliyyə böhranı ilə bağlı deyil", - deyə Bağırov bildirib.

Onun sözlərinə görə, digər fəal kredit ittifaqları fəaliyyətlərini davam etdirir, əvvllər olduğu kimi birgə layihə çərçivəsində Dünya Bankı (DB) və digər investorlardan vəsait əldə edirlər.

Kredit İttifaqları Assosiasiyasına əsas vəsait Azərbaycan və DB - nin "Kənd təsərrüfatı və kreditin inkişafı" layihəsi çərçivəsində daxil olur. Bu layihə çərçivəsində ölkə artıq 10 mln. dollar əldə edib və bu il kənd təsərrüfatının inkişafı üçün daha 8 mln. dolların alınması gözlənilir.

"Azərbaycanın kredit ittifaqlarının yeganə xarici investoru DB - dir, digər donorlar yerlidir ki, bu da böhranın onların fəaliyyətinə təsir göstərməməsinə səbəb olub", - deyə Bağırov bildirib.

Son vaxtlarda Azərbaycanda ipoteka kreditləşməsinin tempi düşüb, bəzi banklar isə borc vəsaitinin verilməsi üzrə əməliyyatları tamamilə dayandırıb. Azərbaycan bankları Milli Bankdan ipoteka kreditləşməsinin dayandrılmasına dair rəsmi xəbərdarlıq almayıb. Bankların reallaşdırdığı kreditləşmə tempinin düşməsi ilk növbədə, dünya maliyyə bazarlarında yaranan böhranla izah olunur. Bu cür vəziyyət bankları daha ehtiyatlı olmağa və korporativ idarəetmə sisteminin bir hissəsi olan müştəri bazasının formalaşdırılması zamanı sərt şəkildə seçim tətbiq etməyə məcbur edir.

2003 - cü ilin sonunda beş kredit ittifaqı və bir neçə fiziki şəxs Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) yaradılması barədə qərar qəbul edib. Daha sonra Azərbaycan ərazisində fəaliyyət göstərən kredit ittifaqlarının əksəriyyəti onlara qoşulub. Assosiasiya 51 kredit ittifaqını özündə birləşdirir. Ümumilikdə ölkədə 70 - dən çox kredit ittifaqı fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti