...

Xəzəryanı dövlətlərin başlıca vəzifəsi regionda təhlükəsizliyi təmin etməkdir – Azərbaycanın Baş nazirinin birinci müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2008 17:16 (UTC +04:00)

Rusiya, Həştərxan, 03 oktyabr/ Trend , müxbir R.Ağayev/ "Son beş il ərzində Azərbaycanın ümumi daxili məhsulu  3,5 dəfə artıb ki, bu da ölkədə səmərəli sosial -iqtisadi islahatların həyata keçirilməsini təsdiq edir", - Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov cümə günü Həştərxanda Xəzəryanı dövlətlərin hökumətlərlərarası iqtisadi konfransında bildirib.

"Biz ümid edirik ki, konfrans Xəzəryanı dövlətərin regional əməkdaşlığının inkişafına yardım edəcək və regionda gələcək əməkdaşlıq və sərmayə iqlimi üçün əlverişli şərait yaradacaq, - Baş nazirin müavini qeyd edib. - Bu, ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldıracaq və hərtərəfli əməkdaşlıq imkanlarını genişləndirəcək".

Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən $20 mlrd. təşkil edir ki, bu da 2,3 dəfə artıma dəlalət edir. Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 13 faiz, İranın - 4,6 faiz, Qazaxıstanın payı isə, təxminən 3 faiz təşkil edir.

Eyyubovun sözlərinə görə, ölkədə xarici sərmayədarların cəlb edilməsi üçün sərmayə iqlimi yaxşılaşır, iqtisadi qanunvericilik beynəlxalq norma və standartlara uyğun vəziyyətə gətirilir.

Son illərdə Azərbaycan regionun aparıcı sərmayə yatıran ölkəsinə çevrilib və Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyasının birgə hesabatı - Doing Business üzrə respublika islahatların keçirilməsi sahəsində lider elan edilib.

"Bakı - Supsa, Bakı - Novorossiysk və Bakı -Tbilisi - Ceyhan boru kəmərlərinin tikintisi layihələrinin həyata keçirilməsi bütün regionun iqtisadi rifahına xidmət edir və gələcəkdə də Xəzəryanı ölkələrin rifahının artmasına yardım edəcək", - Eyyubov hesab edir. Bakı -Tbilisi - Ceyhan və Bakı -Tbilisi - Ərzurum boru kəmərləri Xəzərin karbohidrogenlərinin dünya bazarlarına ixracında vacib rol oynayır.

"Xəzər dənizinin ədalətli, beynəlxalq hüququn prinsip və normalarına əsaslanmış statusunun  müəyyən edilməsi Azərbaycanın vacib vəzifələrindən biridir, - Baş nazirin müavini bildirib. - Azərbaycan qarşılıqlı hörmət əsasında və beynəlxalq hüquq çərçivəsində Xəzərin statusunun tezliklə həlli üzrə danışıqlar prosesinə sadiqdir".

Onun sözlərinə görə, Bakı -Tbilisi - Ceyhan kəməri ilə neftin nəqlinə dair Qazaxıstanla saziş imzalanması Azərbaycan üçün son dərəcə vacibdir. Avropa - Qafqaz -Asiya və Şimal - Cənub nəqliyyat dəhlizləri nəqliyyat əlaqələri və kommunikasiya əməkdalığı üçün əsas yaradır. Region ölkələrinin vahid nəqliyyat - kommunikasiya sisteminin yaradılmasında xüsusi rol oynayacaq Bakı -Tbilisi - Qars dəmir yolu magistralının tikintisinə başlanılıb.

"Enerji ehtiyatlarının mənimsənilməsi üçün regionda sabitliyin təmin edilməsi, etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması, sərmayə iqliminin yaxşılaşdırılması bizim ümumi vəzifəmizdir", - Eyyubov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti