Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir Ü.İsmayılova/ Avqustda Bakının ilkin əmlak bazarında qiymətlər iyul göstəricisinə nisbətən 0,8 faiz - $1187-dək bahalaşıb, їƏmlak Bazarı İştirakçılarıї İctimai Birliyindən şənbə günü bildiriblər. İyulda yeni tikilən binalarda təklif edilən mənzillərin orta sahəsi 119,9 kvadrat metr təşkil edib.
Ümumi cədvəl avqustda bazara təklif edilən mənzilləri göstərir:
Mənzillər |
Sayı |
Orta sahə göstəricisi (kv. m) |
Ümumi tikintidə payı (%) |
1 otaqlı |
10518 |
60 |
15,9 |
2 otaqlı |
20512 |
92,8 |
31 |
3 otaqlı |
26410 |
135,5 |
40 |
4 otaqlı |
7652 |
183,2 |
11,6 |
5 otaqlı |
989 |
234,4 |
1,5 |
Avqustda tikilən binaların sayı 550-yə, istismara verilən binaların sayı 16-ya, tikinti şirkətlərinin sayı 207-yə bərabər olub. Binaların böyük hissəsi (25 faiz) Bakının Yasamal rayonunda tikilir. Nəsimi rayonunun payına 22 faiz, Xətai rayonun payına isə 20 faiz düşür.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]