Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Sentyabrda Bakıda daşınmaz əmlak bazarında qiymətlər 2,1 faiz - 1 kvadratmetrə görə $1759 -dək azalıb, - MBA Group konsaltinq şirkətindən bazar ertəsi bildiriblər.
Bazarda qiymətlər dünya maliyyə böhranının təsiri altında azalıb, - şirkətdən bildiriblər.
Ötən ay Bakıda daşınmaz əmlak bazarında təxminən 5 min mənzil təklif edilib. Bir otağın orta dəyəri $44,5 min, mənzilin orta qiyməti isə $113,5 min təklif edib. Portfelin əsas hissəsini Bakının Yasamal rayonundakı tikililər təşkil edib - 21,7 faiz, Nərimanov rayonunda - 21,1 faiz, Nəsimidə - 20,9 faiz.
Ümumi cədvəl Bakının rayonları üzrə qiymətlərin dəyişməsini göstərir:
Rayonlar |
Qiymətlər($/кв. м) |
Ay ərzində artım(%) |
Əzizbəyov |
1100 |
-0,5 |
Binəqədi |
1481 |
-0,5 |
Qaradağ |
1327 |
-3,8 |
Yasamal |
1745 |
-0,5 |
Nizami |
1437 |
-3,9 |
Nərimanov |
1762 |
-1,1 |
Nəsimi |
1802 |
-1,2 |
Sabunçu |
1442 |
-0,1 |
Suraxanı |
1215 |
0,2 |
Səbayıl |
2345 |
-2,2 |
Xətai |
1290 |
-0,2 |
Ayın yekunlarına əsasən, Suraxanıdan başqa, Bakının, demək olar ki, bütün rayonlarında qiymətlərin azalması müşahidə edilib.
Sentyabrda $110 - 140 minə bazara təklif edilən mənzillər bazarın ümumi portfelinin 31,1 faizini təşkil edib. Orta otaq göstəricisi - 2,36. Orta göstəricidən yuxarı bazara təklif edilən mənzillərin payı 37,1 faiz, orta göstəricidən aşağı - 62,9 faiz. Sentyabrda əmlakın ekspozisiya müddəti 11 faiz - 80 günədək artıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]