...

Azərbaycan Qara dəniz Ticarət və İnkişaf Bankının kapitalında iştirak payını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2008 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir Ü.İsmayılova/ Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) İdarəçilər Şurasının oktyabrın 5-də İstanbulda keçirilən XI illik iclasında Azərbaycanın bankın üç faiz azad səhm paketini alması barədə qərar qəbul edilibї, - AR-dan bankda idarəçi, Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev çərşənbə günü bildirib.

Azərbaycanın QTİB-in Nizamnamə kapitalında payı hazırki 2 faizdən 5 faizədək artıb.

їBankın kapitalında əlavə iştirak payının alınması göstərib ki, Azərbaycan regionda liderdir və həmçinin digər ölkələrdən, xüsusilə də Ermənistan və Gürcüstandan bir pillə öndə dayanırї, - Babayev bildirib.

Bu gün Türkiyə, Rusiya və Yunanıstan hər biri 16,5 faiz, Bolqarıstan, Rumıniya və Ukrayna 13,5 faiz, Azərbaycan 5 faiz, Albaniya 2 faiz, Gürcüstan, Moldova və Ermənistan isə hər biri 1 faiz paketə malikdir.

Bankın açıqlanan kapitalı bu gün 1 mlrd. SDR təşkil edir. Bunun 300 mln. SDR-i ödənilib. Lakin bank 2008-ci ildən kapitalın ikiqat artırılmasına dair qərar qəbul edib. Hazırda Azərbaycan QTİB kapitalına 6 mln. SDR ödəyib.

Qara dəniz Ticarət və İnkişaf Bankı 1999-cu il iyunun 1-dən fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti