...

Mərkəzi bankların faiz dərəcələrini azaltması bazar şərtlərinin pisləşməsinə dəlalət edir – Qərb analitiki

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2008 11:45 (UTC +04:00)
Mərkəzi bankların faiz dərəcələrini azaltması bazar şərtlərinin pisləşməsinə dəlalət edir – Qərb analitiki

Azərbaycan, Bakı, 09 oktyabr/ Trend , müxbir A.Bədəlova/ İngiltərə Bankının cümə axşamı keçirəcəyi iclasda illik 4,5 faiz səviyyəsində olan faiz dərəcəsi haqqında qərar qəbul ediləcək. Dünən, dünyanın iri Mərkəzi Bankları (o cümlədən İngiltərə Bankı) faiz dərəcələrini uzalşdırılmış şəkildə azaltmaq haqqında qərar qəbul ediblər.  ABŞ - ın Federal Ehtiyat Sistemi (FES) dərəcəni 0,5 faiz bəndi - illik 1,5 faizədək, Avropa Mərkəzi Bankı - 3,75 faizədək azaldıb.

Britaniyanın iqtisadi araşdırmalar üzrə aparıcı konsaltinq şirkəti Capital Economics-in baş beynəlxalq iqtisadçısı Culian Cessopun (Julian Jessop) Trend - a bildirdiyinə görə, uzlaşdırılmış tədbirlər bəzən daha səmərəli ola bilər; belə tədbirlər polismeykerlərin birgə hərəkət etməyə hazır olması barədə siqnal göndərir.

"Avropanın iri Mərkəzi banklarının faiz dərəcələrini iclasdankənar azaltmaları bazar şərtlərinin nə dərəcədə pisləşdiyini göstərir", - o bildirib. Dərəcələrin təcili azaldılmasına baxmayaraq, bazarlar Mərkəzi bankların qarşıdakı iclaslarında bu göstəricilərin azaldılacağını gözləyir. Faiz dərəcəsini əvvəlki səviyyədə - 0,5 faiz səviyyəsində saxlayan yeganə bank Yaponiya Bankı olub.

"Yaponiya Bankı Mərkəzi bankların hərəkətlərini dəstəklədiyini ifadə etsə də, dərəcəni dəyişməz saxlayıb. Bu Yaponiyanın dərəcələrinin artıq ən aşağı həddə olmasını göstərir. Bu, son nəticədə faiz dərəcələrinin artırılacağına dair gözləmələrimizi möhkəmləndirir. Çox ehtimal ki, bu, 2010 - cu ildən sonra baş verəcək", - Cessop bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti