Gürcüstan, Tbilisi, 17 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Oktyabrın sonunda Gürcüstan beynəlxalq maliyyə institutlarından 200 million dollar alacaq. Bu barədə Gürcüstanın Baş naziri Lado Qurqenidze ABŞ-a səfərinin yekununda bildirib.
Baş nazirin sözlərinə görə, Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Gürcüstana 400-500 mln. dolar ayırmağı planlaşdırır.
"Oktyabrda donorların beynəlxalq konfransı keçiriləcək. Burada Gürcüstanda hansı layihələrin həyata keçiriləcəyi məsələləri detallı şəkildə nəzərdən keçiriləcək. Söhbət iki və üç illik layihələrdən gedir", - deyə Qurqenidze bildirib. Görüş oktyabrın 22-də keçiriləcək. Onun sözlərinə görə, Gürcüstan hökuməti bütün diqqətini beynəlxalq konfrans üzrə hazırlığa yönəldib.
Baş nazir ABŞ-da OPEK rəhbərliyi ilə görüşdüyünü bildirib. Kartel Gürcüstana 150 milyon dollar sərmayə yatırmağı planlaşdrır. Baş nazir dekabrda bu məbləğin böyük hissəsinin artıq köçürüləcəyinə ümid etdiyini bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]