...

Beş il ərzində Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələr 44 mlrd. dollar təşkil edib – prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2008 16:09 (UTC +04:00)
Beş il ərzində Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələr 44 mlrd. dollar təşkil edib – prezident İlham Əliyev

Azərbaycan, Bakı, 24 oktyabr/ Trend , müxbir E.İsmayılov/ "Son beş il ərzində Azərbaycan iqtisadiyyatına 44 mlrd. dollar sərmayə yatırılıb ki, bu da Azərbaycanın müstəqillik qazanmasından sonra ölkəyə yatırılan sərmayələrin 77 faizini təşkil edir", - ölkə prezidenti İlham Əliyev cümə günü  andiçmə mərasimində bildirib.

"Azərbaycan xarici sərmayədarlar üçün cəlbedici ölkədir. Bununla yanaşı, yatırımların əhəmiyyətli bir hissəsini yerli sərmayələr təşkil edir", - İlham Əliyev bildirib.

Onun sözlərinə görə, son beş ildə Azərbaycanda ÜDM 2,7 dəfə artıb. 2008 - ci ilin yekunlarına görə, adambaşına təxminən 6 min dollar düşəcək.

"Gələn il bu göstərici daha da artacaq", - prezident bildirib.

Xəbər lenti

Xəbər lenti