Azərbaycan, Bakı, 24 oktyabr/ Trend , müxbir İ.Xəlilova/ "Azərbaycan Milli Bankı (AMB) və Dövlət Neft Fondu (ARDNF) preventiv tədbirlər görür və ən mühafizəkar modeli tətbiq edir, buna görə, ölkənin valyuta ehtiyatlarının idarə edilməsindən gəlir itkisi təhlükəsi yoxdur", - deyə cümə günü AMB İdarə Heyətənin sədri Elman Rüstəmov bildirib.
"Mühafizəkar model vəsaitin dünyanın aparıcı ölkələrinin mərkəzi bankları və dövlət statusuna malik beynəlxalq maliyyə institutlarında yerləşdirilməsindən ibarətdir", - deyə Rüstəmov bildirib.
AMB İdarə Heyətinin sədri cari vəziyyətin gəlirliliyin azalmasına gəritib çıxaracağını istisna etmir ki, bu da dünya maliyyə sistemində uçot dərəcəsinin aşağı düşməsi, institusional strukturun dəyişməsi ilə bağlıdır.
"Ehtiyatların idarə edilməsinin əsas məqsədi gəlirlilik və onların saxlanılmasıdır. Buna görə, AMB və ARDNF vəsaitlərin idarə edilməsi üzrə ən mühafizəkar modelə keçiblər. Bu, onların təhlükəsizliyinin maksimum təmin edilməsi ilə əlaqədardır", - deyə Milli Bank rəhbəri bildirib.
AMB -nin sərəncamında olan rəsmi valyuta ehtiyatları, ilin əvvəlindən 35,4 faiz artaraq, 5438,6 mln. dollara çatıb. Azərbaycanın strateji valyuta ehtiyatları 17 mlrd. dolları ötür.
Məqalə müəllifi ilə əlaqə ünvpanı - [email protected]