...

OPEK - in hasilatın azaldılması qərarı müsbət nəticə verməyəcək – ekspertlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2008 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/ Trend ,müxbir A.Bədəlova/ OPEK-in hasilatın sutkada 1,5 mln. barel azaldılması qərarının qəbul edildiyi növbədənkənar iclası arzu edilən nəticəni verməyəcək. Böyük ümidlərin bağlandığı kartel, növbəti dəfə özünün neft bazarındakı vəziyyəti idarə etmək iqtidarında olmadığını göstərib. İclasın keçirilməsinin yeganə məqsədi yerinə yetirilməmiş qalıb, neftin qiymətləri isə, OPEK-in qərarına etinasız yanaşaraq, son 16 ay ərzində yeni ən minimal səviyyəyə çatıb.

Amerikanın WTI növlü neftinin dekabr fyuçerslərinin dəyəri 4,71 dollar - bir barelə görə 63,13 dollaradək azalıb.

Rusiyalı analitiklər OPEK-in hasilatın azaldılmasına dair qərarının qiymətləri gələcək azalmadan saxlaya bilməyəcəyi rəyindədirlər. UniCredit Group beynəlxalq maliyyə qrupunun bir hissəsi olan UniCredt Aton şirkətinin analitiki Pavel Sorokin hesab edir ki, OPEK- in neft hasilatını azaltması neft bazarına müsbət təsir göstərməyəcək.

Sorokin cümə günü telefonla Trend -a bildirib ki, neftin qiymətlərinə hasilatın deyil, istehsal güclərinin azalması təsir göstərə bilər.

"OPEK cari hasilatı kəsir, lakin istehsal güclərini saxlayır. OPEK, qiymətlər artdığı zaman istənilən vaxtda hasilatını bərpa edə bilər", - Sorokin bildirib. "OPEK-in keçən dəfə hasilatı azaltması bazara təsir göstərməyib. Yalnız qısamüddətli tərəddüdlər müşahidə edilib".

Təşkilat sentyabr konfransında qiyməti bir barelə görə $100 səviyyəsində saxlamaq üçün neftin hasilatını sutkada 520 min barel - sutkada 28,8 mln. barelədək azaltmağa məcbur olub.

Analitiklər, perspektivli dərinsulu qazma, neftli qumların işlənilməsi də daxil olmaqla, yüksək xərcli layihələrin sayının azalacağını proqnozlaşdırırlar. "Belə layihələr qeyri-səmərəli olur və təxirə salınacaq. İstehsal gücünün real azalması isə, məhz bu olacaq", - Sorokin bildirib. Sorokinin bildirdiyinə görə, bu gün qiymətlərə təsir edən əsas amil tələbatın azalması və dünya resessiyası qorxusudur.

Beynəlxalq Enerji Agentliyi OPEK-in hasilatı azaltmaq qərarına mənfi münasibət bildirib. Onun sədri Eduardo Lopes bəyan edib ki, OPEK-in qərarı "ağrılıdır" və neft istehlakçıları olan dövlətləri hədələyən ciddi resessiya şəraitində qəbul edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti