...

Gürcüsatn əcnəbilərə kənd təsərrüfatlı təyinatlı torpaqları almağa imkan yaradır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2008 19:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Əcnəbi vətəndaşlar Gürcüstandan kənd təsərrüfatı təyinatlı torpaqlar ala biləcəklər. "Hökumətin üzərində iş apardığı layihə bunu nəzərdə tutur", - Gürcüstanın iqtisadiyyat naziri Yekaterina Şaraşidze bazar ertəsi Gürcüstan-Amerika biznes-sammitində bildirib.

Hazırda mövcud qanunvericiliyə əsasən, digər dövlətlərin vətəndaşlarına kənd təsərrüfatı təyinatlı torpaq almaq qadağandır. Lakin nazirin sözlərinə görə, bu yalnız süni yaradılmış baryer olub. Belə ki, müxtəlif mexanizmlərdən istifadə edən əcnəbilər Qanundan yayına bilirdilər.

Şaraşidze bu təşəbbüsdən əlavə, əcnəbilərin Gürcüstanda fəaliyyətinin asanlaşdırılması üçün digər dəyişiklikləri açıqlayıb. İlk növbədə, biznesin qeydiyyatı prosedurunun yüngülləşdirilməsi və ümumilikdə vergi mühitinin asanlaşdırılması göstərilib.

"Biz - hökumət, biznesin bir hissəsi olmaq istəmirik, biz biznesə inkişafda kömək etmək istəyirik", - Şaraşidze qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti