...

Standard Kapital Azərbaycanda broker əməliyyatlarınıən həcminə görə lider mövqeyini saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2008 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend /Oktyabrda dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istina olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə, Standard Capital başçılıq edir. Şirkət 6 müştəriyə ümumi dəyəri 94,18 mln. manat broker xidmətləri göstərib. Bu barədə Bakı Fond Birjasının çərşənbə günü yayılan məlumatında deyilir.

İkinci yeri 6 müştəriyə ümumi həcmi 52,18 mln. manat olan broker xidmətləri göstərmiş və birincidən 41,99 mln. manat geri qalan UniCapital tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 37,14 mln. manat məbləğlə Yapi Credi Invest qərarlaşıb.

Oktyabrda brokerlərin renkinqində (sıralanmasında) birinciliyə iddia edən məbləğin səviyyəsi, əvvəlki ayla müqayisədə, artıb. Belə ki, sentyabrda göstərilmiş broker xidmətlərinin yüksək məbləği 27,72 mln. manat təşkil edib. Oktyabrda dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı 8 - dən 9 - dək artıb.

2008 - ci il oktyabr ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə yeri Xidmətlərin həcminə görə yer Brokerlər Müştərilərin sayı Müştərilərin sayı Əməliyyatlarının həcmi(AZN)
1 1 (-) Standard Capital 4 6 94,177,096.60
6 2 (^) UniCapital 4 6 52,179,197.82
2 3 (Ў) Yapi Credi Invest 1 1 37,141,138.98
7 4 (^) Texnika Capital Management 5 4 23,301,155.46
5 5 (-) "AzerInterTrade"OOO 3 3 22,558,647.50
3 6 (Ў) Respublika Invest 5 5 22,299,003.28
4 7 (Ў) BoB Broker 1 1 14,002,591.46
8 8 (-) Brokdil-Az 1 1 12,415,543.30
- 9 (-) "Kapital Partners" - 1 1,998,909.00

-Sentyabr 2008 - Oktyabr 2008

Noyabrın 5-nə olan cari mübadilə məzənnəsi -- 0,8078 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital

Xəbər lenti

Xəbər lenti