...

Azərbaycanın Turanbank-ı səhmlərini kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2008 21:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Turanbank ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb, - Bakı Fond Birjasının cümə günü yayılan məlumatında bildirilir.

Emissiyanın həcmi 1.000.000 AZN təşkil edir, bir səhmin nominal dəyəri 1 min manatdır.

Yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "AzərInterTreyd" MMC çıxış edəcək.

Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Dekabrın 12-nə olan cari mübadilə məzənnəsi -- 0,806 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti