Azərbaycan, Bakı, 07 yanvar/ Trend / "Bəxtiniz qızıl olsun" aksiyasının son mərhələsində "Bank Standard" müştərilərindən biri yeni mənzilə sahib olacaq. Bu barədə bankın məlumatında bildirilir.
"Bəxtiniz qızıl olsun" aksiyasının son mərhələsində Bakı şəhəri, Babək prospekti, 10 ünvanında yerləşən 20 mərtəbəli yeni tikilmiş yaşayış binasında ümumi sahəsi 86 m2 olan iki otaqlı mənzil oynanılacaq.
Lotereyada 30 dekabr 2008-ci il tarixinədək "Bank Standard"da əmanət hesabı mövcud olan bütün müştərilər iştirak edəcəklər. İştirakçıların siyahısı ilə bu gündən etibarən www.bankstandard.com internet saytında, habelə bankın bütün filiallarında tanış olmaq olar. Əmanət sahiblərinin adları bu siyahıda göstərilmir, buna görə iştirakçılar onlara məxsus lotereya nömrələrini və kupon sayını hesab nömrələrinə görə müəyyən edə bilərlər.
Lotoreyada iştirak edən əmanətçilər şəxsən oyunda iştirak edə bilərlər. Tiraj yanvar ayının 10-da, saat 14:00-da "Bank Standard"ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində müstəqil komissiyanın müşahidəsi altında keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]