...

Azərbaycan təzminat ödənilməsi tələbi ilə Rusiya gəmisinə həbs qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2009 15:48 (UTC +04:00)
Azərbaycan təzminat ödənilməsi tələbi ilə Rusiya gəmisinə həbs qoyub

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir S.Əliyev/ Azərbaycan məhkəməsi 2008-ci ilin sonunda Bakıdan 30 mil aralıda Rusiyanın qəzaya uğrayan "Sarmat-1" quru yük gəmisinə həbs qoyub. Bu barədə cümə axşamı Azərbaycan Dövlət Dəniz Administrasiyasından bildiriblər.

Administarsiyadan qeyd ediblər ki, gəmi, SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) Xəzər dəniz neft donanması gəminin xilas edilməsinə sərf edilən vəsaitin gəmi sahibi tərəfindən ödənilməsini tələb etməsi səbəbindən saxlanılıb. "Bu normal təcrübədir", - deyə administrasiyadan bildiriblər.

Gəminin təmir işləri tam olaraq başa çatıb. O, yoxlamadan keçib və dənizə çıxışa tamamilə hazırdır. Lakin maliyyə vəziyyəti həll olunanadək bu baş verməyəcək.

"Sarmat-1" gəmisinin qazaya uğramasına sükan hissəsindəki nasazlıq olması səbəb olub.

Bakıda aparılan təmir prosesində gəminin qəza nəticəsində aldığı digər zədələr də aradan qaldırılıb.

"Sarmat-1" gəmisinin qəzaya uğraması barədə məlumat dekabrın 15-də Həştərxanda yerləşən Xilasetmə İşlərinin Əlaqələndirmə Mərkəzindən daxil olub. Çay-dəniz tipli "Samrat-1" quru yük gəmisi 1986-cı ildə istifadəyə verilib. Qəza zamanı zərər çəkən olmayıb

.

Metal və taxta şalban (1750 ton) daşıyan gəmi Həştərxan (Rusiya) - Ənzəli (İran) reysi ilə hərəkət edib. Dənizdə yaranan fırtına nəticəsində gəminin sükan maşını sıradan çıxıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti