...

Azərbaycan sərmayə şirkətinin sedri təyin olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2009 17:11 (UTC +04:00)
Azərbaycan sərmayə şirkətinin sedri təyin olundu

Azərbaycan, Bakı, 28 fevral / Trend -ın müxbiri N.İsmaylova/ 

Şirkətdən verilən məlumata görə, ölkə prezidentinin fevral ayında imzaladığı fərmana asasən İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan sərmayə şrkətinin (ASŞ) müşahidəçilər şurasının sədri təyin olunub.

Bununla əlaqədar olaraq prezidentin "Sərmayə fəaliyyətinin həvəsləndirilməsi istiqamətndə əlavə tədbirlər" barədə 30 mart 2006-cı  ildə imzaladığı fərmana dəyişikliklər edilib.  

ASŞ, prezidentin 30 mart 2006-cı ildə imzaladığı fərmana əsasən neft sektorunun inkişafı üçün sərmayə yatırımlarının həvəsləndirilməsi, bu mühitdə material və texniki bazanın yenilənməsi məqsədi ilə yaradılmışdır. ASŞ-nin nizamnamə kapitalı Dövlət neft fondu hesabına formlaşmaqla 90 mln. manat həcmində göstərilir. ASŞ  ümumi həcmi 55,1 manat olan beş layihədə iştiraka razılıq verib.

Ernst & Young şirkəti ilə ilkin audit razılaşmaya əsasən, 2007-ci ilin nəticələrinə görə ASŞ-nin aktivində 2006-cı ilin 89,776 mln. manatına qarşı 93,412 milyon manat vəsait mövcuddur.
28 fevral tarixinə olan rəsmi məzənnə 0,8052 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti