...

Nar Mobile-dan gənc proqramçılara dəstək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2009 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend /

Mayın 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirdə Ümumrespublika İKT Olimpiadasının qaliblərinin təqdim olunması və hədiyyələrlə təltif olunması mərasimi keçirilib.

Tədbirdə iştirak etmiş Azerfon MMC-nin baş direktoru Gido Helbix qalibləri təbrik etmiş, onlara gələcəkdə də hər zaman bu cür yüksək göstəricilərə nail olmağı arzulamışdır. Şirkət artıq ikinci ildir ki, İKT sahəsində keçirilən bu unikal Olimpiadanın sponsoru qismində çıxış edir.

Nar Mobile bu olimpiadaya dəstək verməklə, Azərbaycan İKT sektorunun inkişaf etdirilməsinə, gələcəkdə bu sahədə çalışacaq gənc kadrların formalaşmasına öz töhfəsini vermiş oldu.

Azerfon MMC mobil rabitə xidmətləri göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin dekabrında lisenziya alıb. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində başlayıb. Nar Mobile şəbəkəsi Azərbaycanın 80 faiz regionunu əhatə edir. Hazırda MMC abunəçilərinin sayı bir mln. nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti