...

Dağıstandakı partlayışla bağlı Rusiya ərazisində qatarların hərəkətində problem yoxdur - Azərbaycan Dəmiryolu

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2009 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir E. İsmayılov / 

Ötən gecə Dağıstan dəmir yolunda baş vermiş partlayışla əlaqədar Bakı-Moskva reysi üzrə ləngimə olmayıb. Bu barədə Azərbaycan Dövlət Dəmiryolunun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

"Bu gün səhər Moskva reysinin gəlib çatmasında ləngimə olmayıb. Amma Tümen-Bakı reysində ləngimə olub-olmayacağı barədə yalnız qatar Rusiya-Azərbaycan sərhədinə çatanda nəsə demək olar", - Əzməmmədov deyib.  

Bakıdan əks istiqamətə gedən qatarların hərəkətində də gecikmə baş verməyib. "Heç bir problem yoxdur və qatarların hərəkəti normal rejimlə həyata keçirilir", - deyə Əzməmmədov bildirib.  

Bakı-Moskva reysinin yay dövründə hərəkət cədvəlinə əsasən, Bakıdan qatar bazar ertəsi, çərşənbə və cümə günləri yerli vaxtla saat 19:10-da yola düşür. Moskvadan gələn reys isə bazar günü, çərşənbə axşamı və cümə axşamı saat 09:15-də paytaxta çatır. Sərnişinlərin sayında çoxalma baş verərsə, şənbə günü üçün əlavə reys açılacaq. 

Bakı-Tümen qatarı Bakıdan hər gün yerli vaxtla saat 16:10-da yola düşür. Tümendən gələn qatarlar isə hər gün saat 19:36-da Bakıya çatır.

RBK-nın bildirdiyinə görə, N373 Bakı-Tümen; N374 Tümen-Bakı, N55 Bakı-Moskva qatarları yanğınla əlaqədar az (2 saatlıq) ləngimə ilə hərəkət edirlər.  Ötən gecə  Şimali Qafqaz dəmir yolunun 2307-ci kilometrliyində, Dağıstanın Qarabudaqkənd rayonu ərazisindəki Tarki-Manas stansiyasından təmir qatarı keçərkən radio ilə idarə olunan qurğu partlayıb. "Rusiya Dəmiryolları"  ("RD") ASC-dən verilən məlumata görə, hadisə vaqonlaraın relsdən çıxması nəticəsində baş verib. Qonşu yollarda qabarit pozulmayıb. Hazırda stansiyada hərəkət açıqdır. "RD" ASC qatarların ləngiməsini aradan qaldırmaq və onları öz qrafiklərinə qaytarmaq üçün bütün mümkün tədbirləri yerinə yetirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti