...

Azərbaycan Dövlət Dəmir Yolu havanın hərarətinin artması ilə bağlı profilaktikaya başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend /

"Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) respublikada havanın hərarətinin artması ilə əlaqədar olaraq profilaktik işlər aparır", - bazar ertəsi ADDY-dən deyilib.

"Azərbaycanda dəmiryollarının ümumi uzunluğu 2950,6 kilometr təşkil edir. Onlardan 2122 kilometri istismar olunan yollardır. Relslərin genişlənməsinin qarşısını almaq məqsədi ilə bütün yol təsərrüfatı üzrə profilaktik işlər aparılır", - ADDY-dən bildirilib.

Qeyd olunub ki, belə tədbirlər yay aylarında mütəmadi olaraq keçirilir.

Xəbər lenti

Xəbər lenti