...

Azərbaycan bankı Texnikabank nizamnamə kapitalını təxminən 50 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend /

"27 iyul 2009-cu il tarixindən etibarən BFB-də "Texnikabank" ASC-nin adi adlı sənədli səhmlərinin yerləşdirilməsi başlanacaq", - Bakı Fond Birjasının (BFB) cümə günü yayılan məlumatında deyilir.

Emissiyanın həcmi 14.800.000 AZN, bir səhmin nominal dəyəri isə 1.000 AZN təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək. Bu gün bankın nizamnamə kapitalı 26,912 milyon manat təşkil edir.

Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat "Texnika Kapital Menecment" MMC-dir. Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilər.

1993-cü ildə təsis olunmuş "Texnikabank" ASC hazırda ölkənin bank sektorunda əsas göstəricilərinə görə ilk beşlikdə qərarlaşıb. Özəl banklar arasında ən geniş filial şəbəkəsinə malik olan "Texnikabank" 35 filialı və 5 şöbəsi ilə Bakı şəhəri və respublikanın regionlarında hüquqi və fiziki şəxslərə bütün növ bank xidmətlərini təklif edir.

İyulun 10-na olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti