Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir Ü.İsmayılova /
"Azərbaycan Bankları Assosiasiyası (ABA) "İpoteka haqqında" qanuna əlavə və dəyişikliklər hazırlayıb", - çərşənbə axşamı ABA prezidenti Eldar İsmayılov deyib.
"Yeni təkliflər Azərbaycan Mərkəzi Bankı və parlamentinə təqdim edilib", - İsmayılov bildirib.
Təkliflər ABA-nın hüquqi məsələlər üzrə ekspert qrupu yanında işçi qrup tərəfindən hazırlanıb. O, xüsusilə kredit girovu olan daşınmaz əmlakın realizəsi üzrə hərracların müddəa və mexanizm layihəsini hazırlayır. Layihədə banklar hərracların səmərəliliyinin artırılması, onların daha nizamlı və reqlamentə uyğun olması üzrə tədbirləri təklif edir.
Azərbaycanda AİF xətti üzrə ipoteka kreditlərinin dərəcələri 4-8 faiz təşkil edir. Onlar 3-30 illiyinə, ilkin 0-15 faiz arasında olmaqla verilir.
2005-2008-ci illərdə Azərbaycan dövlət büdcəsində AİF xətti üzrə ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 80 milyon manat nəzərdə tutulub ki, onlardan 68 milyon manatı artıq ayrılıb. 2009-cu ildə sosial ipotekanın maliyyələşdirilməsi üçün büdcədə 14,5 milyon manat nəzərdə tutulub.
İyulun 21-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]