Azərbaycan, Bakı, 29 iyul / Trend capital, müxbir Ü.ismayılova /
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən (АH1N1) "donuz qripi" profilaktikası ilə əlaqədar olaraq laboratoriya şəraitində 500 analiz yoxlanılıb, bu barədə nazirliyin çərşənbə günü yayılmış məlumatında deyilir.
"Bütün analizlərin nəticələri mənfi olub", - məlumatda deyilir.
Azərbaycanda "donuz qripi" profilaktikası qrip pandemiyasına hazırlıq üzrə Milli Plana müvafiq olaraq "Azərbaycanda "quş qripi"nin qarşının alınması üzrə Dövlət Koordinasiya Komissiyası"nın birgə işləri əsasında həyata keçirilir.
A(H1N1) virusunun əsas simptomları : yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm və ya burun tutulması, bədəndə ağrı, baş ağrısı, üşütmə və zəiflikdir, həmçinin bu virusa yoluxan şəxslərin çoxunda ishal və qusma halı baş verir.