...

"Unibank"dan "8558" unikal sms xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2009 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust / Trend /

"Unibank" Kommersiya Bankı" ASC müştərilərin SMS-məlumatlandırılması sahəsində yeni, hesabların vəziyyəti, əmanətlər, kreditlər və plastik kartların balansları haqqında operativ məlumat əldə etmək imkanı verən xidmətləri işə salıb.

Bank xidməti göstərilməsinin yüksək texnoloji istiqaməti kimi mobil bankinqi inkişaf etdirərək, "Unibank" SMS-məlumatlandırılma sisteminin funksionallığını əhəmiyyətli dərəcədə genişləndirib. İndi bu sistemin yeni opsiyalarından istifadə etmək üçün Bankın hər bir müştərisinin unikal "8558" SMS-nömrəyə aparıcı sözdən ibarət olan qısa məlumatı göndərməsi kifayətdir. Aşağıda göstərilmiş səkkiz aparıcı söz vasitəsilə "Azercell" mobil rabitə operatorunun nömrələrinin sahibləri hesablardakı qalıqlar və vəsaitlərin hərəkəti barədə, əmək haqqının ödənilməsi haqqında məlumat, kreditlər üzrə ödəniş tarixləri, depozit müddətlərinin başa çatması haqqında xəbərdarlıqlar, plastik kartların qüvvədə olma dövrü, Mərkəzi Bankın rəsmi valyuta məzənnələrini və digər zəruri məlumatı real vaxt rejimində əldə edə bilərlər.

APARICI SÖZLƏR

SMS-MƏLUMATLANDIRILMA SİSTEMİNİN OPSİYALARI

BAL

Hesablardakı qalıqlar

MOVE

Gün ərzində hesablar üzrə hərəkət

RATE

Mərkəzi Bankın rəsmi valyuta məzənnələri

DEP

Depozitin bağlanması müddəti haqqında xatırlama

CRED

Kredit müqaviləsinin bağlanması və ssudaların və faizlərin ödənilməsi məbləği haqqında xatırlama

PAY

Ssudalar üzrə ödənişlərin, ödəniş qrafiki üzrə faizlər də daxil olmaqla,ödəniş müddəti, məbləği haqqında xatırlama

CARD

Plastik kartın qüvvədə olma müddətinin başa çatması haqqında məlumat

SMS

SMS-bankinq xidmətlərinə abunənin başa çatması haqqında xatırlama

*Aparıcı sözün daxil edilməsi zamanı hərflərin registrinin əhəmiyyəti yoxdur.

SMS-məlumatlandırılma sahəsində müştərilərə təklif olunan əlavə funksiyalar istifadədə rahatdır və bank əməliyyatlarına məsafədən nəzarət etmək, kreditlərin ödənilməsində gecikmə hallarının qarşısını almaq imkanı verir, habelə pul vəsaitlərinin qorunması üzrə əlavə tədbirləri təmin edir. SMS-məlumatlandırılma sisteminə qoşulmaq üçün, "Unibank"ın müştəriləri Bankın ən yaxında yerləşən filialına müraciət etməli və xidmətin aktivləşdirilməsi üçün müvafiq ərizəni doldurmalıdırlar.

Xəbər lenti

Xəbər lenti