...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2009 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb (0,01 faiz). Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,80416 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi avqustun 3,4 və 7-də 1 ABŞ dolları üçün 0,8042 manat, avqustun 5-i və 6-da  minimum isə 1 ABŞ dollarına 0,8041 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

27 iyul

0,8041

3 avqust

0,8042

28 iyul

0,8041

4 avqust

0,8042

29 iyul

0,8042

5 avqust

0,8041

30 iyul

0,8043

6 avqust

0,8041

31 iyul

0,8043

7 avqust

0,8042

Həftə ərzində orta məzənnə

0,8042

Həftə ərzində orta məzənnə

0,80416

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0004 bənd (0,04 faiz)möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,80362 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): avqustun 3-də sövdələşmə 0,8037 AZN/USD məzənnəsi ilə $0,11 mln., avqustun 4-də 0,8038 AZN/USD məznnə ilə $0,1 mln., avqustun 5-də - sövdələşmə həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki  0,8038 AZN/USD səviyyəsində saxlanılıb, avqustun 6-da 0,8034 AZN/USD məzənnəsi ilə $3,9 mln., avqustun 7-də - 0,8034 AZN/USD məzənnəsi ilə $2,45 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi  

27 iyul

0,8033

3 avqust

0,8037

28 iyul

0,8037

4 avqust

0,8038

29 iyul

0,8037

5 avqust

0,8038

30 iyul

0,8037

6 avqust

0,8034

31 iyul

0,8037

7 avqust

0,8034

Həftə ərzində orta

0,80362

Həftə ərzində orta

0,80362

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyəsində saxlanılıb, alışı doqquz manat, satışı on manat. Qiymətlərin son aylar ərzində bu səviyyədə saxlanılması dövlət mülkiyyətinin özəlləşdirilməsinin azalması ilə izah olunur ki, bu da öz növbəsində Əmlak məsələləri üzrə Dövlət Komitəsində struktur dəyişiklikləri ilə əlaqədardır.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti