...

ABB-Moskva "2009-cu ilin I yarısında Rusiyanın ən böyük bankları" reytinqində mövqeyini yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2009 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend /

"Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu olan ABB-Moskva, 2009-cu ilin I yarısının yekunlarına əsasən, RBK-nın (RosBiznesKonsaltinq) "2009-cu ilin I yarısında Rusiyanın ən böyük bankları" reytinqində 155-ci yeri tutub", - bankın məlumatında deyilir.

"ABB-Moskva RBK reytinqində "təmiz aktivlər" əsas göstəricisi üzrə bir ildə birdən-birə 48 pillə yüksəlməklə əla artım dinamikası nümayiş etdirib", - məlumatda bildirilir.

İyulun 1-nə olan məlumata görə, təmiz aktivlər 10 901,21 milyon rubl təşkil edərək, il ərzində 43,23 faiz 2008-ci il iyulun 1-də 7 610,94 milyon rubl olub) artıb.

Müxtəlif fəaliyyət növləri üzrə də bankın reytinqi yüksəlib.

Kredit protfeli üzrə bank 41 pillə qalxaraq 139-cu yeri tutub. İyulun 1-nə olan məlumatlara görə, bank ötən ilin analoji dövrünə (4 945 milyon rubl) nisbətən 40,19 faiz daha çox kredit verməklə, onların həcmini 6 932 milyon rubla çatdırıb.

Hüquqi şəxslərə verilən kreditlər üzrə ABB-Moskva 35 pillə irəliləyərək 119-cu yeri tutub. Bankın ümumi kredit portfeli 42,11 faiz (1 iyul 2008-ci ildə 4 330,48 milyon rubl) artaraq 6 153,97 milyon rubla çatıb.

Bank depozit portfeli üzrə 119 pillə qalxaraq 246-cı pillədə qərarlaşıb. Bu göstəricidə artım 80,08 faiz təşkil edib və 3 171,51 milyon rubl təşkil edib. Ötən ilin analoji dövründə (1 iyul) bu rəqəm 1761,13 milyon rubl olub.

Hüquqi şəxslərin depozitləri üzrə ABB-Moskvanın reytinqi 134 pillə yaxşılaşıb. 197-ci yerdə qərarlaşan bankın bu göstəricisi 97,18 faiz artaraq 2 457,54 milyon rubla çatıb.

Xəbər lenti

Xəbər lenti